Buta Agro insan resursları üzrə menecer axtarır

Menecer


İşəgötürən: Buta Agro

Vakansiya: İnsan Resursları üzrə Menecer

Son tarix: 29 avqust 2022

Vəzifə haqqında məlumat:

Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyatı struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək. Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi.

Vəzifə öhdəliyi: 

-Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir

-Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir.

-İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir

-Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir

-Bölmələrdə həftəlik iş qrafiklərinin hazırlanmasına və işçilərin həmin qrafiklər üzrə işə gəlməsinə nəzarət edir

-Ezamiyyətə göndərilən işçilərin sənədlərinin hazırlanmasına, prosedura uyğun olaraq ezamiyyət xərcinin düzgün hesablanmasına, işçi geri qayıtdıqdan sonra isə təsdiqedici sənədlər əsasında xərc hesabatının verilməsinə nəzarət edir.

-İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir

-Region  rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir:

-Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir:

-Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir

Bacarıqlar:

-Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;

-Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;

-İşgüzarlıq;

-Komandada işləmək bacarığı

-MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3)  istifadə bacarıqları

Tələblər: 

-Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə ) 

-Sahə üzrə 5 il iş təcrübəsi 

-Analitik düşünmə və problemləri həll etmə bacarığı;

-Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;

-AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri

-Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;

-MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;

-Məntiqi və strateji analiz qabiliyyəti yüksək olmalı;

-Dürüst və vicdanlı olmalı;

Təminatlar:

-Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir. 

-Korporativ nömrə müəssisə tərəfindən qarşılanır

-Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 

Vakansiyaya uyğun namizədlər  CV-lərini  “İnsan Resursları üzrə Menecer” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilər. 

Əlaqədar şəxs: Səidə Ağayeva  WhatsApp 050-268-45-95 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]