Büdcə və Hesabatlıq üzrə böyük mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən – Azerbaijan Fish Farm

Vəzifə üzrə öhdəliklər:

Aylıq menecment hesabatlarının hazırlanması;

Nəticələrin izahı, maliyyə göstəricilərindəki tendensiyaların müəyyən edilməsi və təkmilləşdirilməsi üçün tövsiyələr ilə aylıq menecment hesabatı daxil olmaqla maliyyə təhlili;

İllik BMHS üzrə hesabatların hazırlanması;

Maliyyə əməliyyatları və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək;

Ay sonu və il sonu bağlanma prosesinə dəstək;

Daxili nəzarəti gücləndirmək üçün biznes prosesləri və uçot siyasətini hazırlamaq və sənədləşdirmək;

İllik büdcənin hazırlanması və nəzarəti;

Büdcələrin uyğunluğunu yoxlamaq və aylıq kənarlaşmaların təhlilini etmək;

Maliyyə hesabatlarının auditi zamanı kənar audit əməliyyatlarını əlaqələndirmək;

Xərclər və müqayisəli təhlillərin aparılması;

Şirkətin bütövlükdə və ayrı-ayrı struktur bölmələrinin əməliyyatlarının gəlirliliyinin/ səmərəliliyinin strateji və cari təhlilini və xərclərin idarə olunmasın onları minimuma endirmək üçün təmin etmək;

Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;

Namizədə Tələblər:

Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə üzrə);

Minimum 3 il maliyyə sahəsində təcrübə (istehsalat sahəsində təcrübə üstünlükdür);

ACCA F5 və F7 sertifikatların olması mütləqdir;

Microsoft Excel proqramını yüksək səviyyədə bilməli;

Azərbaycan dili mütləqdir, İngilis və Rus dili bilikləri üstünlükdür;

Mühasibat proqramları və ERP sistemləri üzrə iş təcrübəsinə malik olmalıdır;

Yenilikçi, fəal və etibarlı;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

İş yeri: Bakı şəhəri

Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Büdcə və Hesabatlıq üzrə böyük mütəxəssis” mövzusu ilə    [email protected]   adresinə göndərməyiniz xahiş olunur. 


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]