Büdcə şöbəsinə Şöbə Rəisi tələb olunur

Işəgötürən – Rabitabank OJSC
Vəzifə öhdəlikləri:
Bankın strateji baxış, hədəfləri, missiya hesabatı üzrə dəyişikliklərin ediməsi və təkliflərin verilməsi;
Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması və qiymət siyasəti barədə təkliflərin verilməsi;
Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
Struktur bölmələrdən toplanmış büdcə layihələrinin təhlil edilməsi.
Büdcənin səmərəliliyi, maliyyə göstəricilərinin analizi və s. hesabatların hazırlanması;
Komandada işləmək bacarığı;
Namizədə olan tələblər:
Ali təhsil;
Maliyyə və mühasibatlıqda rəhbər vəzifə üzrə azı 2 il iş təcrübəsi;
Yüksək səviyyədə maliyyə bilikləri;
Böyük məlumat bazası ilə işləmək bacarığı;
Yüksək səviyyədə Azərbaycan və İngilis dili;
Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat etmə bacarığı;
Komanda şəklində çalışma və idarəetmə qabiliyyəti;
Yüksək səviyyədə Excel və Power Point bilikləri;
Oracle SQL sorğu dili ilə işləmək bacarığı;
BI Tools (Micro Strategy, Power BI);
Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir (məs.CIMA, ACCA, CFA level 1)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.09.2023-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində “Büdcə şöbəsinə Şöbə rəisi” yazaraq göndərə bilərlər
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 55 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 24 dəq
- 2 ay, 3 gün, 7 saat, 14 dəq
- 2 ay, 3 gün, 7 saat, 17 dəq