BRPG LLC mühasib axtarır
İşəgötürən: BRPG LLC
Vakansiya: Mühasib
Son tarix: 19 iyul 2023
İş barədə məlumat:
-Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
-Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
-Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
-Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
-Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
-İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
-Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
-Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
-Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
-Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
-Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
-Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
-Məxfilik prinsiplərini pozmamaq.
-İş rejimi: 5-günlük ARƏM müvafiq olaraq işçinin işə qəbulu təmin olunur.
-Sınaq müddəti: 2 ay
-Aylıq əmək haqqı: 1000 man
Namizədə tələblər:
-Müvafiq sahədə ən azı 5 il təcrübəsi olmalıdır;
-İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
-Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
-Mühasibat uçotunu mükəmməl bilməlidir;
-İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
-Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
-1C mühasibat proqramında işləməyi bacarmalıdır;
-Azərbaycan, Rus dillərini bilməli, İngilis dilini də bilmək əlavə üstünlükdür;
-İdarəetmə bacarığı olmalıdır;
-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
-Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi, mövzu yerində “Baş mühasib” qeyd edib göndərə bilərsiniz.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 2 saat, 59 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 8 saat, 48 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 7 saat, 40 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 8 saat, 14 dəq
- 1 həftə, 1 gün, 2 saat, 20 dəq