Bizim Market mağaza direktoru axtarır
İşəgötürən: Bizim Market
Vakansiya: Mağaza direktoru
Son tarix: 17 iyul 2022
Vəzifələr:
-Mağazanın ümumi fəaliyyətini təşkil edir;
-Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
-Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;
-Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
-Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
-Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
-Xüsusi proqram vasitəsilə, işçilərin gündəlik davamiyyətinin qeydiyyatını aparır;
-İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
-Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
-Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
-Mağazanın rəflərində etiket, elan və qiymət bildirmə metodlarının düzgün və əksiksiz aparılmasını təmin edir;
-Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
-Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
-Mağazanın sanitariya və gigiyena şərtlərinə uyğun olmasını təmin edir;
-Mağazada oğurluq hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirir;
-Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
Tələblər:
-İdarəçi vəzifədə minimum 1 il, o cümlədən market sahəsində minimum 2 il iş stajı;
-Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;
-Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
-İdarəçilik bacarıqları;
-Liderlik xüsusiyyətləri;
-MS Office proqramlarını bilməli;
-Satış texnikası və pərakəndə satış haqqında biliklərə malik olmalı.
Əmək şəraiti:
-Altı günlük iş həftəsi;
-Nahar təmin edilir;
-Şirkətdaxili karyera inkişafı;
-Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 4 saat, 56 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 5 saat, 51 dəq
- 7 ay, 2 həftə, 2 gün, 7 saat, 44 dəq
- 10 ay, 3 həftə, 2 saat, 29 dəq
-
11 ay, 1 gün, 22 saat
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır