Bizim Market işçilər axtarır – satıcı, kassir, sürücü xadimə…

Bizim Market yeni vakansiyalar elan edib
1. Vakansiya: Xadimə
Son tarix: 04 may 2022
İş haqqında məlumat:
-Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq mağazanın ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək;
-Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Namizədə olan tələblər:
-Təmizkarlıq, səliqəlik;
-Kollektivdə işləmək və ünsiyyət qura bilmək bacarığı;
-Punktual, işinə məsuliyyətli, diqqətli.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-Şirkət hesabına nahar;
-Əmək haqqı 348 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
2. Vakansiya: Kassir
Son tarix: 04 may 2022
İş haqqında məlumat:
-Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
-Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
-Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.
Namizədə olan tələblər:
-Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
-Riyazi bilik.
İş şəraiti:
-6 günlük növbəli iş qrafiki;
-Şirkət hesabına nahar;
-Şirkət daxili təlim və inkişaf imkanları;
-Karyera yüksəlişi imkanı;
-Əmək haqqı 350 manat.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
3. Vakansiya: Satıcı
Son tarix: 04 may 2022
İş haqqında məlumat:
-Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;
-Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .
Namizədə olan tələblər:
-Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
-6 günlük növbəli iş qrafiki;
-Şirkət hesabına nahar;
-Şirkət daxili təlim və inkişaf imkanları;
-Əmək haqqı 320 manat;
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
4. Vakansiya: Nəzarətçi
Son tarix: 04 may 2022
İş haqqında məlumat:
-Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
-Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
-Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
-Kassirlərin düzgün işləməsinə nəzarət edir;
-Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
-Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
-Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
-Mağazanın açılışında və bağlanmasında iştirak edir
Namizədə olan tələblər:
-Dürüstlük, dəqiqlik və çeviklik;
-Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
-Hərbi mükəlləfiyyətli;
-Yaş həddi: 20 – 35 yaş;
-Komandada işləmək bacarığı;
-Stressə davamlılıq;
-Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş şəraiti:
-6 günlük növbəli iş qrafiki;
-Şirkət hesabına nahar;
-Rəqabət yönümlü əmək haqqı;
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Karyera yüksəliş imkanı.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
5. Vakansiya: Sürücü
Son tarix: 04 may 2022
İş haqqında məlumat:
-Sifarişlərin anbardan təlimatlara uyğun şəkildə təhvil alınması;
-Məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılma prosesini həyata keçirmək.
Namizədə olan tələblər:
-Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-B, C kateqoriyalı sürücülük vəsəqəsi;
-Yol hərəkəti qaydaları biliyi yüksək seviyyədə;
-Bakı şəhərində əraziləri tanımalı;
-Ünsiyyətcil, mədəni və xoş ünsiyyət qurmaq bacarığı;
-Yaş həddi (30- 45 yaş).
İş şəraiti:
-6 günlük iş qrafiki; (6 günlük, I-V günlər, saat 09:00-18:00: VI gün 10:00 – 14:00-dək)
-Şirkət hesabına nahar;
-Şirkət daxili təlim və inkişaf imkanları;
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Karyera yüksəlişi imkanı;
-Əmək haqqı 500 AZN + bonus
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 13 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 42 dəq
- 2 ay, 3 gün, 7 saat, 32 dəq
- 2 ay, 3 gün, 7 saat, 35 dəq