BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ MÜTƏXƏSSİS tələb olunur
İşəgötürən – Magnet Media Groups
İş barədə məlumat:
– “Magnet Media Group” partnyor şirkətlər, eləcə də biznes qurumların sifariş əsasında rəqəmsal məzmun hazırlanması və araşdırma şirkəti olaraq dünyada gedən siyasi, iqtisadi proseslərin, biznes sferasındakı yeniliklərin və trendlərin öyrənilməsi, analitik hesabatların hazırlanması üzrə fəaliyyət göstərir
– “Magnet Media Group” Xarici əlaqələr üzrə mütəxəssis/Təhlilçi/Menecer vəzifəsinə vakansiya elan edir
– Namizəd əsasən siyasi, iqtisadi və sosial prosesləri təhlil etməli, analitik hesabatlar hazırlamalıdır
– Dünyada baş verən siyasi proseslərin, biznes və iqtisadi sferada yeniliklərin öyrənilməsi və bu sahədə tədqiqat aparılması iş prosesinin vacib hissəsi olacaq
– Müştəri kriteriyalarına uyğun tədqiqat metodlarını seçmək
– Sorğular, fokus qruplar, müsahibə qrafikləri kimi kəmiyyət və keyfiyyət tədqiqat alətlərini hazırlamaq və istifadə etmək
– Layihələrin sonunda məlumatların yekunlaşdırılması və yekun hesabatların yazılması
– Müştərinin məlumatlar bazasına dataların daxil edilməsi, təqdimatların hazırlanması
– Media nümayəndələri üçün informasiya sessiyalarında iştirak etmək
– İş qrafiki:
həftənin 5 günü, 09:00-dan-18:00-dək
Namizədə tələblər:
– Politologiya / hüquq / marketinq / beynəlxalq münasibətlər / tarixçi / regionşünaslıq /tərcüməçilik / biznesin idarə olunması üzrə Ali təhsil
– Araşdırma, tədqiqat sahəsində 1-3 ilə qədər təcrübə, Analiz və təşkilati bacarıqlar
– Ünsiyyət və təqdimat bacarıqları, Komandada işləmək bacarığı, təklif olunan vəzifə üzrə müvafiq təlim, kurslar və seminarlarda iştirak etmək arzuolunandır
– Araşdırma materiallarından istifadə edərək analitik hesabatlar hazırlamaq
– Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq, (digər dilləri bilmək üstünlükdür) – MS Office proqramlarında işləmək bacarığı
Maraqlanan namizədlər CV və Tərcümeyi–hallarını [email protected] ünvanına göndərə bilərlər
Vakansiyalar
-
1 gün, 17 saat, 13 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 23 saat, 2 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 21 saat, 54 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 22 saat, 28 dəq
- 1 həftə, 16 saat, 34 dəq