Baytar axtarılır (Gəncə)

Həkim

baytar gence


-İş barədə məlumat:

İş yeri: Gəncə

İş şərtləri: Şirkət tərəfindən nahar və nəqliyyat.

İş qrafiki: I-VI

Əmək haqqı: müsahibə əsasında

Vəzifə öhdəlikləri:

Xırdabuynuzlu heyvanların saxlanılması, sürü idarə etmə sisteminin tətbiqi, heyvanların sayının artırılmasını və təsərrüfatının gəlirli fəaliyyətini təmin etmək

Xırdabuynuzlu heyvanların müayinə və müalicə etmək

Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;

Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparmaq;

Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;

 Təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək

Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparmaq, analiz üçün lazımi material götürmək və məhv edilməsinə nəzarət etmək

Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək

Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil etmək

Baytarlıq işlərinin uçot və hesabatını aparır və rəhbərliyə hesabat vermək

Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına “Baytar” vakansiyanın adını qeyd edərək e-mail ünvanına [email protected] göndərməkləri xahiş olunur.

İş elanın bitmə tarixi 15 may 2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]