Basqal Resort & Spa ofisiant axtarır
İşəgötürən: Basqal Resort & Spa
Vakansiya: Ofisiant
Son tarix: 05 avqust 2022
Vəzifə öhdəlikləri:
-Müştərilərə hər zaman peşəkar xidmətlərin təqdim edilməsi;
-Bütün yemək və içki sifarişlərini səliqəli şəkildə qeyd edilməsi, nəzərdən keçirilməsi və qəbul edilməsi;
-Restoran ziyarətçilərinin sifarişlərinin cəld, nəzakətlə və xidmət ardıcıllığı standartına görə yerinə yetirilməsi;
-Ziyarətçilərin gəlməsindən öncə masaların standartlar əsasında hazırlanması;
-Menyudakı bütün yemək və içkilərə aid dərin biliklərə sahib olması, yemək və içkilərin kombinasiyalarını təklif edilməsi;
-Nağd pulla əlaqədar tətbiq edilən bütün proseduralara əməl etmək və ziyarətçilərin bütün sifarişlərini (yemək və içki) gətirilməmiş MİCROS sistemi vasitəsi ilə daxil edilməsi;
-Hotelin bütün brend standartlarının icra edilməsinin təmin edilməsi;
-İaşə obyektlərin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqların yerinə yetirilməsi;
-Xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət edilməsi;
-Xidmətə dair Qida və İçki şöbəsinin rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan təcrübə, bacarıqlar və səriştələr:
-Ofisiant və ya ofisiant köməkçisi vəzifəsində iş təcrübəsi, otelçilik sahəsində iş təcrübəsinin olması üstünlük hesab olunur;
-Azərbaycan dilində səlis bilmək, Rus və İngilis dillərin yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
-Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq;
-Səliqəli və təmizkar olmaq;
-Komandada işləməyi bacarmaq;
-Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq.
İş şəraiti:
-İş rejimi: 6 günlük iş həftəsi;
-İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;
-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
-Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
-İsmayıllı və Şamaxı şəhərlərindən hotelə nəqliyyat xidməti mövcuddur.
Müraciət etmə qaydası:
Maraqlanan namizədlər mövzu yerində “Ofisiant” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 saat, 21 dəq
Etyczne dylematy wynikające z wykorzystaniem AI w wirtualnych kasynach
-
3 saat, 5 dəq
A amunra kaszino amunra casino banki lehetőségekről és kifizetésekről szóló kimerítő oktatóanyag
-
3 saat, 7 dəq
No Wagering Gambling Establishment: A Guide to Gambling Without Limitations
-
21 saat, 43 dəq
Скачайте Pin Up приложение и окунитесь в азартный мир Казахстана
- 1 gün, 22 dəq