“Başak Group”dan vakansiyalar – MAAŞ 1000-2000 MANAT

Müdir


-Korporativ satış mütəxəssisi

Son tarix 06 may 2022

Tələblər:

Ali təhsil,

Korporativ satış üzrə minimum 2-3 il təcrübə,

Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),

Yüksək rus və ya ingilis dili biliyi,

Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),

Danışıqlar aparma qabiliyyəti,

Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,

Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq.

İş şəraiti:

İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;

Əmək haqqı: 1000 AZN + Bonus (KPİ),

Nahar şirkət tərəfindən qarşılanır,

Korporativ nömrə,

Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt [email protected] ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər

-Korporativ satış şöbəsinin müdiri

 Son tarix 06 may 2022 

Namizədə aid tələblər:

Ali təhsil;

Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;

Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;

Yüksək Microsoft Ofis proqramları biliyi;

Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;

Dürüstlük və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;

Bazarın araşdırılması;

Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;

Müştəri bazasının formalaşdırılması

Şirkətin satış həcminin artırılmasına dəstək;

Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;

Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;

İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;

Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

İş qrafiki:

Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi.

Əmək haqqı: 2000 AZN + bonus (KPİ)

Nahar şirkət tərəfindən verilir,

Korporativ nömrə (korporativ paket),

Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt [email protected] ünvanına, mövzu hissəsinə “Satış Müdiri” yazaraq göndərə bilərlər.

-Təcrübə Proqramı-Satış Təmsilçisi

 Son tarix 06 may 2022

Namizədə aid tələblər:

Ali təhsil (mühəndislik ixtisasından məzun olanlara üstünlük veriləcək);

Rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;

Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;

Dürüstlük və kollektivdə işləmə bacarığı.

Xanım namizəd.

Vəzifə öhdəlikləri:

Mağazaya daxil olan müştərilər ilə ünsiyyət,

Müştəriyə məhsul haqqında məlumatın verilməsi,

Satışların həyata keçirilməsi.

İş qrafiki:

Həftə içi 5 gün saat 09:00-18:00.

Nahar şirkət tərəfindən verilir,

Korporativ nömrə (korporativ paket),

Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Təcrübə proqramı 3-aylıqdır. Təcrübə müddətini uğurla bitirən namizəd iş ilə təmin ediləcəkdir.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına [email protected] mövzu hissəsinə “Mağaza satış-Təcrübə” yazaraq göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]