Başak Group tender üzrə mütəxəssis axtarır
İşəgötürən: Başak Group
Vakansiya: Tender üzrə mütəxəssis
Son tarix: 02 iyul 2022
Namizədə aid tələblər:
-Ali təhsilli;
-Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
-Satınalma və tender sahəsində 2-3 ildən artıq iş təcrübəsi;
-Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
-Kompüter biliklərinə sahib olmalı;
-Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
-Yaş həddi 22-35 yaş arası;
Vəzifə öhdəlikləri:
-Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
-Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
-Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
-Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
-Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
-İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
-Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
-Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
-Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində
-Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
-Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
-Tender prosesi zamanı şirkətin təmsil olunması;
-Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
-Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00,
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: müsahibə əsasında,
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Vakansiyalar
-
1 gün, 8 saat, 30 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 7 saat, 22 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 7 saat, 56 dəq
- 4 gün, 2 saat, 2 dəq
- 4 gün, 21 saat, 16 dəq