Başak Group satınalma üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Başak Group

Vakansiya: Satınalma üzrə mütəxəssis

Son tarix: 28 iyul 2022

Namizədə aid tələblər:

-Ali təhsil;

-2-3 illik analoji iş təcrübəsi

-dövlət satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər

-Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,

-Səlis Azərbaycan dili, (İngilis və  rus dili bilikləri arzu olunandır);

-MS Office proqramları üzrə biliklər ;

Vəzifə öhdəlikləri:

-Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;

-Normativ baza ilə əlaqədar olan satınalmaların inkişaf etdirilməsinə yardım;

-Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;

-Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;

-Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;

-Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;

-Hesabat, təqdimat, memorandum və s. hazırlanması;

-Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;

-Daxili və xarici sistemin yaradılması;

-Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;

-Qiymətləndirmənin həyata keçirilməsi üçün təchizatçı performansına dair məlumatları toplanması və tərtib edilməsi.

İş qrafiki:

-Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,

-Nahar şirkət tərəfindən verilir,

-Korporativ nömrə (korporativ paket),

-Əməkhaqqı: 800 AZN+Bonus (KPİ)

-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]