Başak Group marketinq mütəxəssisi axtarır

Mütəxəssis

basak group


İşəgötürən: Başak Group

Vakansiya: Marketinq Mütəxəssisi

Son tarix: 25 sentyabr 2022

İşi̇n Təsvi̇ri̇:

-Şirkətin marketinq fəaliyyətinin qurulması

-PR və reklam xarakterli təqdimatların hazırlanması, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;

-Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;

-Sosial media fəaliyyətinin planlaması

-Digər şöbələrlə qarşılıqlı effektiv fəaliyyətinin təşkili

-Marketinq, reklam kampaniyaları hazırlamaq və onun icrasının təşkili, nəzarət

-Satışa dəstək məqsədilə marketinq promo və reklam materialların hazırlanması, sifarişi

-Şirkəti marketinq fəaliyyəti ilə bağlı tədbirlərdə təmsil etmə

-Aylıq görülən işlərə dair hesabatların hazırlanması

İş şəraiti:

-AR qanunvericiliyinə əsasən rəsmiləşmə

-İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək

-Əmək haqqı 600 AZN (namizədə görə əmək haqqı müzakirə edilə bilər)

Namizədə tələblər:

-Marketinq sahəsində iş təcrübəsi üstünlükdür. 

-Komanda ilə işləmək və yüksək ünsiyyət bacarığı

-İxtisasının iqtisadiyyat, marketinq yönümlü olması üstünlükdür 

-Komputer proqramlarında sərbəst işləmə, komanda ilə işləməyi bacarmalıdır;

-İngilis dili yazı və danışma bacarığının əla səviyyədə olması

-Öyrənməyə meylli olması, işi bitirici olması 

-Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.   

Maraqlanan namizədlər CV-lərini mövzu başlığında vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]