Baş mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən – Azerbaijan Energy Regulatory Agency

Vəzi̇fə öhdəli̇kləri̇:

Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, xitam, vəzifə dəyişikliyi və s. aidiyyəti işləri yerinə yetirir.

Şöbədə kargüzarlıq işlərinin qanunvericiliyə uyğun aparılmasını təmin edir, işçilərin şəxsi işlərini formalaşdırır, aparır və aparılmasına nəzarət edir; 

İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;

Kadrların seçilməsi və düzgün yerləşdirilməsi üzrə işlərdə iştirak edir;

Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;

Yeni əməkdaşların adaptasiya qaydalarına əsasən fəaliyyətini əlaqələndirir, adaptasiya tədbirlərində iştirak edir;

Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;

Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, lazım olan materialları hazırlayır, qiymətləndirmə   işinin təşkilində iştirak edir.

Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;

Şöbənin növbəti il üçün iş və tədbirlər planının tərtibatında iştirak edir:

İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edir;

Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;

Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrinin əmək qanunvericiliyinə uyğunluğunu təmin edir və yoxlayır;

Əmək kitabçalarının qeydiyyatını, düzgün doldurulmasını və təhvil-təslimini təmin edir;

Agentliyin insan resurslarının informasiya sisteminin (İRİS) (1С və s.) qurulmasında üzərinə düşən vəzifələri yerinə yetirir;

İRİS-ə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;

Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;

Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;

Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıq və vəzifələri icra edir;

Şöbə müdirinin tapşırığına əsasən şöbənin digər əməkdaşları tərəfindən hazırlanan kadr uçotu sənədlərini,  hesabat və arayışları ümumiləşdirir və yoxlayır;

Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.

Tələblər:

Ali təhsil və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;

Yaş həddi 25-40 aralığı;

MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);

Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri  arzuolunandır;

Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;

Komandada işləmə bacarığı.

Digər:

Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.

İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Qeyd: Regionlara ezamiyyə ilə əlaqədar, kişi namizədlərə üstünlük verilir.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini göndərə bilərlər. 

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsi – Baş mütəxəssis) qeyd etməniz   və   [email protected]    adresinə göndərməyiniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 30 avqust 2023-cü il.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]