Baş Mühasib tələb olunur – 2000 AZN MAAŞ

Mühasib


İşəgötürən – Finans AS



Təhsil: Ali.

İş təcrübəsi: 3 ildən başlayaraq

Yaş: 28 – 40 yaş

Əmək haqqı: 2000 AZN net

İş vaxtı: 1-5-ci günlər, saat 8:00 – 17:00

Əlavə qeydlər:

İstehsalat şirkətində təcrübəsi olanlara üstünlük verilir

PMS sertifikatı olanlara  və ya Vergi məcəlləsindən yeni təlim keçmiş şəxslərə üstünlük verilir

Dil bilikləri: Rus dili- yaxşı, İngilis dili – arzu olunandır

İş yeri Qaradağ ərazisində yerləşir.

Çatdırılma şirkət tərəfindən təmin edilir.

Nahar şirkət tərəfindən təmin edilir.

İş barədə məlumat:

Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;

Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;

İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;

Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi; 

Rəsmi hesabatların  (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; 

Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; 

Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması;

Şəxsi hesab vərəqənin yoxlanılması;

Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;

Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;

Anbarın izlənilməsi, inventarizasiya, yoxlanılması və nəzarət; 

1C və ERP proqramları üzrə mühasibat balansının yığılması; 

Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması; 

Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; 

Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;

İdxal olunanacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;

Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;

Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);

Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar: 

Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.

CV – lərinizi mövzunun başlığı altında    [email protected]   adresinə göndərin


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]