Baş mühasib tələb olunur

Mühasib


İşəgötürən – Azeri Express Services

 İş yeri: “Azeri Express Services” MMC, Yahya Bakuvi 84

İş rejimi: 

Həftədə 5 gün, 09:00-18:00

Nahar fasiləsi: 13:00-14:00-dək

Şənbə və bazar istirahət günü

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən olunacaqdır

Yaş həddi 25-45

Vəzifə öhdəlikləri:

Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi

Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazrılanması və təqdim edilməsi

Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi

Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək

Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;

Balans, avans hesabatının aparılmasını təmin etmək;

Satış komandasını idarə etmək və cari işləri komanda arasında bölmək

Müştəri müqavilələri hazırlamaq

Müştərilərin vaxtında ödəniş etməsini izləmək və təmin etmək

Namizədə tələblər:

Ali iqtisadi təhsil

Dürüst, punktual, diqqətli, işə ciddi olmalıdır və ünsiyyət qurmağı bacarmalıdır

Azərbaycan dilində səlis, rus dilində orta səviyyədə danışıq qabiliyyəti (ingilis dili üstünlükdür)

İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;

Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını bilməli;

Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı

Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür.

Göstərilən tələblərə uyğun bəy/xanım namizədlər öz CV-lərini   [email protected]    elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]