Baş mühasib axtarılır

İşəgötürən – Başak Group
Namizədə aid tələblər:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
MS Office və 1C proqramından əla səviyyədə istifadə bacarıqları;
İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
Şirkət tərəfindən həyata keçirilən bütün əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin edəcək;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
İş qrafiki:
Həftə içi 5 gün saat 09:00-18:00,
Nahar şirkət tərəfindən verilir,
Korporativ nömrə (korporativ paket),
Əməkhaqqı: müsahibə əsasında.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühasib” yazaraq göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 16 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 47 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 45 dəq
- 2 ay, 5 gün, 4 saat, 35 dəq
- 2 ay, 5 gün, 4 saat, 38 dəq