Banka kiçik ekspert, ekspert, aparıcı ekspert axtarılır
Bank of Baku ASC olaraq, Xəzinədarlıq departamentinin Müxbir əlaqələr şöbəsi üçün kiçik ekspert/ekspert/aparıcı ekspert axtarışındadır.
Tələblər aşağıdakı kimidir:
– İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
-Təhsil: İqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas üzrə ali təhsil
– Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və İngilis dilləri – əla
– Kompüter biliyi: MS Office
– Hesabatlılıq və təqdimat bacarığı
– Punktuallıq
Əsas vəzifə öhdəlikləri:
-Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
– Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
– Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
– Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
– Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
– Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
– Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi
Yuxarıdakı tələblərə uyğun namizədlər Bankımızın saytından müraciət edə yaxud öz CV -lərini [email protected] ünvanına Xəzinədarlıq başlığı ilə göndərə bilərlər.
Vakansiyalar
-
15 saat, 39 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 17 saat, 14 dəq
- 18 saat, 25 dəq
- 18 saat, 34 dəq
- 18 saat, 53 dəq