“Bank Respublika”ya məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi tələb olunur
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix: 11 noyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
-Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
-İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
-Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.
Namizədə qarşı tələblər:
-Ali təhsil;
-Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
-Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
– Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
3 gün, 7 saat, 34 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 6 saat, 26 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 7 saat
- 6 gün, 1 saat, 6 dəq
- 6 gün, 20 saat, 20 dəq