Bank Respublika pərakəndə bankçılıq üzrə mütəxəssis axtarır (Bakı, Sumqayıt)
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Bakı, Sumqayıt)
Son tarix: 27 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
-Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
-Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
-Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
-Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
-Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
-Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində müvafiq olaraq aşağıdakı kimi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər:
-Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Sumqayıt)
-Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Bakı)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
3 gün, 4 saat, 48 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 3 saat, 40 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 4 saat, 14 dəq
- 5 gün, 22 saat, 20 dəq
- 6 gün, 17 saat, 34 dəq