Bank Respublika ASC problemli kreditlər üzrə operator axtarır

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Problemli kreditlər üzrə operator
Son tarix: 27 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Gecikmədə olan kredit portfelləri üzrə müştərilərlə əlaqə yaradılması;
-Problemli kredit portfelləri ilə əlaqədar zəruri hesabatların hazırlanması;
-Problemli kredit portfelləri ilə əlaqədar sənədləşmə işlərinin təşkili.
Namizədə qarşı tələblər:
-Ali təhsil;
-Aidiyyati sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır;
-Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
-Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Problemli kreditlər üzrə operator qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 8 saat, 54 dəq
- 8 saat, 56 dəq
- 8 saat, 58 dəq
- 8 saat, 59 dəq
- 9 saat, 2 dəq