Bank Respublika ASC pərakəndə bankçılıq üzrə mütəxəssis axtarır (Sədərək)
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Pərakəndə Bankçılıq üzrə Mütəxəssis (Sədərək)
Son tarix: 08 oktyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
-Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
-Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
-Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
-Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
-Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
-Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 oktyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Sədərək) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 4 gün, 3 saat, 16 dəq
- 3 ay, 2 gün, 5 saat, 9 dəq
- 6 ay, 6 gün, 23 saat, 54 dəq
-
6 ay, 2 həftə, 4 gün, 19 saat, 25 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 2 gün, 3 saat, 23 dəq