Bank Respublika ASC monitorinq şöbəsinin mütəxəssis axtarır
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Monitorinq şöbəsinin mütəxəssisi
Son tarix: 10 iyun 2023
Ümumi vəzifə öhdəlikləri:
-Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
-Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
-Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
-Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
-Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
-Təcrübə: Bankda kreditlərin monitorinqi istiqamətində minimum 1 il və ya biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
-MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 iyun 2023-cü il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 7 dəq
-
6 saat, 41 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?
- 13 saat, 5 dəq
-
3 gün, 8 saat, 1 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 3 gün, 16 saat, 37 dəq