Bank Respublika ASC informasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi / aparıcı mütəxəssisi axtarır (DevSecOps)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps)
Son tarix: 10 iyun 2023
Ümumi vəzifə öhdəlikləri:
-Texniki ekspert kimi informasiya təhlükəsizliyi risklərinin azaldılmasına yönəlmiş informasiya təhlükəsizliyi proseslərinin işlənib hazırlanmasında iştirak etmək;
-İnformasiya təhlükəsizliyi baxımından hazırlanmış proqramların arxitekturasının təhlilində iştirak etmək;
-DevSecOps çərçivəsində yeni tədbir və metodları tətbiq etmək;
-DevSecops sahəsində texnologiya, alətlər və iş üsullarını sınaqdan keçirmək, seçmək və tətbiq etmək;
-Devops infrastrukturu üzrə təhlükəsizlik nəzarətlərini avtomatlaşdırmaq;
-Təhlükəsiz proqram təminatının inkişafı tələblərinə uyğunluğu təmin etmək (SSDLC);
-SAST, SCA, DAST skan nəticələrinin təhlil edilməsi;
-CI/CD proseslərinin qurulmasında iştirak etmək (Jenkins, GitLab);
-SSL/TLS sertifikatı və SSH açarının idarə edilməsi.
Namizədə qarşı tələblər:
-Ali təhsil (aidiyyatı sahə üzrə);
-Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
-Şəbəkə texnoloqiyaları və protokolları (UDP, TCP, IP, NTP) üzrə biliklər;
-DevSecOps yanaşması və SSDLC prosesi üzrə dərin biliklər;
-SAST, DAST, SCA alətləri ilə bağlı bilik və təcrübə;
-Mikroservis tətbiqi arxitekturasının prinsiplərini başa düşmək;
-CI/CD pipeline iş prinsipi üzrə biliklər;
-Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
-İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) qeyd edərək 09 iyun 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 5 saat, 53 dəq
- 6 saat, 39 dəq
- 7 saat, 17 dəq
- 8 saat, 4 dəq
- 8 saat, 5 dəq