Bank Respublika ASC beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis axtarır

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix: 03 sentyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
-Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
-Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
-İngilis dilində sənədlərin hazırlanması;
-Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
-Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
-Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
-Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
-Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
-Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
-Azərbaycan, Rus və İngilis dilləri – əla səviyyədə (yazılı və şifahi);
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Məsuliyyətlik, operativlik;
-İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 sentyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
15 saat, 51 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
16 saat, 3 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 16 saat, 39 dəq
- 17 saat, 50 dəq
- 1 gün, 9 saat, 5 dəq