Bank Proqramlaşdırma mütəxəssisi axtarır
İş yeri: Azərbyacan Sənaye Bankı (Baş Ofis)
Qəbul ediləcək işçi sayı: 1
Son müraciət tarixi: 11.03.2022
Ümumi məlumatlar
- Kompüter mühəndisliyi, proqramçılıq, tətbiqi riyaziyyat və ya buna bənzər sahələrdə ali təhsilli olmalı;
- İT sahəsində minimum 1 il iş təcrübəsi olmalı;
- Ingilis dili biliyi olanlara üstünlük verilir;
- Html/javascript mövzularında bilgi sahibi olmalı;
- Object Oriented proqramlama texnikalarını istifadə edə bilməli, veb əsaslı tətbiqlərin inkişaf etdirilməsi sahəsində təcrübəli olmalı;
- Yaxşı səviyyədə SQL Server, C# və Oracle təcrübəsi olmalı;
- .NET texnologiyaları və həlləri barəsində təcrübə və biliyi olmalı;
- C#, Java, PHP kodlaşdırma dillərinində proqramlaşdırma təcrübəsi olmalı.
- MSSQL, MYSQL məlumat bazalarının strukturu üzrə məlumatlar, skriptlərin yazılması haqqında məlumatları olmalı;
- APİ (REST/SOAP) proqramlaşdırma təcrübəsi olmalı;
- Komanda işini sevən, gərgin iş rejiminı uyğunlaşa bilən olmalı.
İş haqqında məlumat
- Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək və anlamaq;
- Müasir proqramlaşdırma dillərini və yeni texnologiyaları mənimsəmək;
- Yazılması lazım olan proqramın analiz edilməsi və verilənlər bazasının strukturunun hazırlanması;
- Tələb olunan proqram təminatının hansı proqram vasitələrindən və proqramlaşdırma dilindən istifadə edilərək hazırlanmasını müəyyən etmək və əsaslandırmaq;
- Tələb olunan yeni proqramların yazılması və ya mövcud proqramlarda modulların dəyişikliyinin edilməsi;
- Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasının yazılması;
- Proqramın ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi;
- Proqram təminatlarında optimallaşdırma işləri aparmaq, onlara müntəzəm texniki dəstək vermək.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] və [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “Proqramlaşdırma mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Müraciətinizi buradan da edə bilərsiniz.
Vakansiyalar
-
1 gün, 18 saat, 24 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 17 saat, 16 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 17 saat, 50 dəq
- 4 gün, 11 saat, 56 dəq
- 5 gün, 7 saat, 10 dəq