Bank kiçik və orta biznes kreditləri üzrə mütəxəssis axtarır

Mütəxəssis

rabitabank rabitebank


Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
İşəgötürən: Rabitəbank
Vakansiya: SME kreditləri üzrə ekspert
Son tarix: 06.05.2022
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
-Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
-Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;
-Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
-Təhkim olunmuş portfel üzrə borc alanların planlı və ya plandan kənar monitorinqlərini həyata keçirmək;
-Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
-Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.
Vəzifəyə olan tələblər:
-Ali iqtisadi təhsil;
-SME kreditləşməsi sahəsində ən azı 2-3 illik iş təcrübəsi;
-Analitik düşünmə qabiliyyəti;
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
-Komanda tərkibində işləmə bacarığı;
-Problemləri həlletmə qabiliyyəti;
-Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;
-Əla səviyyədə Azərbaycan dili biliyi;
-MS Office proqramlarından istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SME- Ekspert / menecer (müraciət etdiyiniz filial)” göstərməyiniz xahiş olunur.


©️ 2022

070 231 45 70

[email protected]