“BakuBus”a ehtiyyat hissə anbardarı tələb olunur

İşəgötürən – Baku Bus
Vəzifə – Ehtiyyat hissə anbardarı
Namizədə olan tələblər:
-Ali təhsil;
-Anbardar vəzifəsi üzrə azı 2 illik iş təcrübəsi
-Microsoft Office və 1C proqramlarında işləmək bacarığı;
-Rus, İngilis dil bilikləri;
-Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
-Mal-materialların qəbulu, saxlanması, buraxılması, yerləşdirilməsi və saxlanma rejiminə riayət edilməsi,
-Mal-materialların uçotunu, anbar əməliyyatlarının sənədləşdirilməsi və ilkin mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsini həyata keçirilməsi
-Anbar ərazisinin təmiz saxlanmasına nəzarət edilməsi
-Mal-material dövriyyəsi ilə baglı hesabatları aparılması
-Anbarda yüklənmə-boşaldılma işlərinin aparılmasını təmin edilməsi
-Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilmənə nəzarət edilməsi;
-Anbardan məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparılması;
-Sorğuların cavablandırılması
-Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirilması.
-Əmək haqqı: 800 manat / net
-İş qrafiki : Növbəli ( İstirahət: qrafikə uyğun)
CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mail ünvanına [email protected] göndərmələri və mövzu hissəsinə vəzifənin adını qeyd etmələri xahiş olunur.
Şirkət haqqında
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.
Vakansiyalar
- 22 saat, 58 dəq
- 1 gün, 23 saat, 53 dəq
- 2 gün, 7 dəq
- 2 gün, 18 saat, 30 dəq
- 2 gün, 18 saat, 35 dəq