“Badamlı” çağırı mərkəzinin baş operatoru axtarır
Qeyd: Vakansiya artıq aktiv deyil. CV-lərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatıb.
-İşəgötürən: “Badamlı”
-Vakansiya: Çağırı mərkəzinin baş operatoru
– Maaş : 500 AZN
– E-mail – [email protected]
İş yeri: Bakı
Namizədə tələblər:
Ali təhsil
Müvafiq sahədə təlimlərdə iştirak etmiş namizədlərə üstünlük veriləcək
Sahə üzrə ən az 2 il iş təcrübəsi
Azərbaycan, Rus və Türk dillərində səlist nitq qabiliyyəti (İngilis dili arzu olunandır)
Mükəmməl səviyyədə ünsiyyət qurma və şifahi təqdimat bacarıqları
Komandada işləmə, analitik düşüncə qabiliyyəti, operativlik, stresə davamlılıq və təşəbbüskarlıq
İdarəetmə bacarığının olması üstünlükdür
Excel, Word, Outlook proqramlarında və hesabatlarla işləmə bacarığı, təcrübə
İş barədə məlumat:
Şirkətin Çağrı Mərkəzinə daxil olan bütün müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq
Qeydiyyata alınmış müraciətləri aidiyyatı bölmələrə/şəxslərə vaxtında yönləndirmək, prosesin gedişatını izləmək və ehtiyac olarsa, geri dönüş zənglərini etmək
Müraciət zamanı şirkətin məhsulları və kampaniyalar haqqında ətraflı məlumat vermək, edilən müraciətləri cavablandırmaq
Müştəri məmnuniyyətinin yoxlanılması məqsədi ilə müəyyənləşdirilmiş qaydada müştərilərə zənglərin edilməsi və qeydiyyatların aparılması
Kampaniyalar, qeyri-iş günləri və digər haqqında IVR sistemə dəyişikliklərin edilməsini vaxtında təmin etmək, nəticələri izləmək, ehtiyac olarsa, müvafiq mətnlərin tərtibi
Daxil olan şikayət xarakterli müraciətlərin yazılı şəkildə müvafiq bölməyə yönləndirilməsi və nəticələrin izlənərək qeydiyyatının aparılması
Texniki problemlər haqqında rəhbərliyi və texniki bölməni vaxtında məlumatlandırmaq, problemin aradan qaldırılmasını təmin etmək
Müvafiq qediyyat sistemlərinin aktuallığını nəzarətdə saxlamaq
Aylıq müvafiq hesabatlar rəhbərliyə təqdim etmək
İş qrafiki: 6 günlük, 09:00-18:00
Əmək haqqı: 500 AZN
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Çağırı mərkəzi operatoru” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 13 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 8 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 1 dəq
- 10 ay, 3 həftə, 1 gün, 7 saat, 46 dəq
-
11 ay, 3 gün, 3 saat, 17 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır