Aztelekom korporativ tənzimləmə şöbəsinin müdiri axtarır

Müdir

mudir 1


İşəgötürən: Aztelekom

Vakansiya: Korporativ tənzimləmə şöbəsinin müdiri

Son tarix: 13 oktyabr 2022

Vəzifə öhdəlikləri:

-Müəssisədaxili normativ sənədlərin – əmr və sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, prosseslərin, prosedurların və digər normativ sənədlərin hazırlanmasını, o cümlədən İşəgötürənin struktur bölmələri tərəfindən hazırlanmış müəssisədaxili normativ sənədlərə rəy vermək və struktur bölmələrin sifarişi əsasında həmin sənədlərin hazırlanmasını təşkil və təmin etmək;

-Müqavilə layihələrini hazırlanmaq, bağlanılması təklif olunan müqavilə layihələrinə hüquqi rəy vermək, Cəmiyyət üçün zəruri olan standart müqavilə nümunələrinin hazırlanmasını təmin etmək;

-Cəmiyyət üzrə əmək, dövlət satınalmaları, gömrük, vergi, mülkü və digər qanunvericilik aktlarının tələblərinə uyğun işin təşkilinə nəzarət etmək, hüquqi risklər müəyyən etdikdə bu barədə birbaşa rəhbərini, o cümlədən müəssisə rəhbərliyini məlumatlandırmaq;

-Cəmiyyətin baş ofisinin strukturunda olan, o cümlədən baş ofisdən kənarda yerləşən struktur bölmələrinə və törəmə hüquqi şəxslərinə öz vəzifə öhdəliklərinə uyğun hüquqi yardım göstərmək;

-Bağlanmış müqavilələrin düzgün icra olunmasında Cəmiyyətin aidiyyəti strukturlarına hüquqi yardım göstərmək;

-Vəzifə öhdəlikləri ilə əlaqədar hesabatları hazırlamaqla birbaşa rəhbərinə təqdim etmək.

Tələblər:

-Ali hüquq təhsilinə (hüquq üzrə bakalavr dərəcəsi) malik olmaq;

-Ümumilikdə minimum 5 il hüquq sahəsində iş təcrübəsinə, həmçinin minimum 2 il idarəçilik təcrübəsinə malik olmaq;

-Azərbaycan Respublikası qanunvericiliyinin əsaslarını bilmək, xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, İnzibati Prosessual Məcəlləsinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu və Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanununun əsaslarını bilmək;

-Xüsusi hüquq sahəsində iş təcrübəsinə malik olmaq (mülki və təsərrüfat hüququ, korporativ hüquq vs.) ;

-Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmaq;

-Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;

Bacarıqlar:

-Microsoft Office proqramları ilə işləmək bacarığına malik olmaq;

-Azərbaycan dilində səlis hüquqi, yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq. İngilis və rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq;

-Yüksək liderlik, təşkilatçılıq və təqdimat bacarıqlara malik olmaq.

-Komandada işləmək və yüksək idarəetmə bacarığına malik olmaq;

-İşgüzar yazışma qaydalarının əsaslarını bilmək;

-Hüquqi sənədləri sərbəst tərtibetmə bacarığına malik olmaq;

İş haqqında məlumat:

-5 günlük iş rejimi 

-iş vaxtı: 09:00 – 18:00

-iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu  hissəsində “Korporativ tənzimləmə şöbəsinin müdiri” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.


©️ 2022

070 231 45 70

[email protected]