Aztelekom keyfiyyətin idarəolunması üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Aztelekom

Vakansiya: Keyfiyyətin idarəolunması üzrə mütəxəssis

Son tarix: 13 oktyabr 2022

Vəzifə öhdəlikləri:

-Keyfiyyətin idarəolunması şöbəsinin mütəxəssisi fəaliyyətini Azərbaycan Respublikasının mövcud olan qanunvericiliyinə, müvafiq idarəetmə standartın tələblərinə eyni zamanda Cəmiyyətdaxili normativ sənədlərə, şöbənin daxili iş prosesinə əsasən və yenilikləri nəzarə almaqla  həyata keçirir;

-Funksional prosedur, proses və təlimatların yaradılması, işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi;

-Keyfiyyət İdarəetmə Sisteminin (ISO 9001:2015) tələbləri və prinsiplərinin icrasının təşkil edir;

-Keyfiyyət İdarəetmə Sistemi tələbləri istiqamətində risklərin müəyyən edilməsi və izlənilməsinin təmin edilməsi;

-Öhdəlikləri və səlahiyyətləri çərçivəsində (öz sahasinə aid) idarəetmə sistemlərinin tələbləri istiqamətində lazımi Qaydaların, Təlimatların, Prosseslərin,  Prosedurların və  digər  normativ sənədlərin tərtibatında, müvafiq dəyişkliklərin olunmasında iştirak edir;

-Cəmiyyətin Keyfiyyət Siyasətinin struktur bölmələrində mənimsənilməsi və tətbiq olunması işinin təşkili;

-İdarəetmə Sistemlərinin planlaşdırılması, idarə edilməsi, düzəldici fəaliyyətlərə və risk faktorlarına nəzarət edilməsində iştirak etmək;

-Təsdiq edilmiş plana uyğun daxili yoxlamaların keçirilməsinin təşkili, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi və oxşar uyğunsuzluqların gələcəkdə baş verməməsi üçün aidiyyəti struktur bölmələrlə birlikdə  qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;

-Rəhbərlik tərəfindən keçirilən iclaslar üçün Keyfiyyət Menecment Sisteminin analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi. 

-Cəmiyyətin struktur bölmələrinin illik hədəflərinin izlənilməsi, hesabatının tərtibi və şöbə müdirinə təqdim edilməsi;

-Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla şöbə müdirinə təqdim edir;

-Cəmiyyət  üzrə Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartlarının tətbiqinin həyata keçirilməsində fəal iştirak olunması;

-İdarəetmə sistemləri tələblərinə uyğun (İSO 9001) daxili auditlərin keçirilməsində iştirak etmək;

-Şöbə müdirinin, o cümlədən departamentin direktorunun yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələblər:

Mütəxəssis vəzifəsinə işə qəbul edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:

-ali təhsilli;

-keyfiyyət sahəsində minimum 5 (beş) il iş təcrübəsi;

-keyfiyyətin idarəolunması sahəsində müvafiq standartların tələblərini

-idarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olmalı; (ISO 9001:2015, daxili audit)

-öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalı;

-əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli;

-korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını. 

Bacarıqlar:

-Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);

-Peşəkar ünsiyyət psixologiyasını bilməli;

-İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;

-Kompyuter bilikləri üzrə: MS Office, Outlook, Diagrams.net və ya Microsoft visio proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı;

-Komandada işləmə, ünsiyyət, təşkilatçılıq, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;

İş haqqında məlumat:

-5 günlük iş rejimi 

-iş vaxtı: 09:00 – 18:00

-iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Keyfiyyətin idarəolunması üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]