Aztelekom biznesin təhlili və bazar araşdırması şöbəsinin mütəxəssisi axtarır
İşəgötürən: Aztelekom
Vakansiya: Biznesin təhlili və bazar araşdırması şöbəsinin mütəxəssisi
Son tarix: 19 iyul 2023
Vəzifə öhdəlikləri:
-Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis fəaliyyətini Marketinqin idarəedilməsi prosesi eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
-Məlumatların təhlil edilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirak edilməsi;
-Rəhbərliklə birgə satış planının hazırlanmasında iştirak etmək və məlumatların satış komandalarına ötürülməsi;
-Strateji və kommersiya planlaşdırmalarında iştirak edilməsi;
-Kommersiya planı üzrə reportun hazırlanması və analitikasının aparılması;
-Dövri hesabat infrastrukturunun yaradılması, icrası, saxlanılması və təkmilləşdirilməsi;
-Abunəçidən əldə olunan gəlir, istifadə və ARPU (İstifadəçi başına orta gəlir) baxımından hər bir kompaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi;
-Hesabatların keyfiyyətinin yüksəldilməsi, yeni təqdimat formatlarının və ümumi hesabatların avtomatlaşdırılması üçün həllərin hazırlanması;
-Şirkətin ümumi nailiyyətləri haqqında həftəlik/aylıq yeniliklərin təmin edilməsi;
-Departamentin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərilməsi;
-Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər və bacarıqlar:
Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə alınan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
-İqtisadiyyat, İnformatika, Maliyyə, Statistika, Menecment, Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
-Telekommunikasiya, FMCG və maliyyə sektorlarında hesabatların təhlili və proqnozlaşdırılması üzrə 1 illik təcrübə;
-Real iş mühitində tətbiq edilmiş analitik düşüncə bacarığı
-SQL və R üzrə peşəkar işləmə bacarığı, Python üzrə biliklər arzuolunandır
-Verilənlər bazası ilə işləmək bacarığı
-Power BI və Excel üzrə peşəkar işləmə bacarığı
-Yüksək təqdimat və prezentasiya hazırlama bacarığı (Power Point üzrə)
-Azərbaycan və ingilis dillərini bilməlidir, rus dili arzuolunandı;
-İşgüzar yazışma əsaslarını bilməlidir;
-Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
-Müasir Telekommunikasiya trendlərini bilməlidir;
-Nəticə yönümlü olmalıdır;
-Stress və gərgin iş şəraitinda çalışma bacarıqlarına malik olmalıdır;
-Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
-Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
İş haqqında məlumat:
-5 günlük iş rejimi (bazar ertəsi – cümə)
-iş vaxtı: 09:00 – 18:00
-iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin təhlili və bazar araşdırılması üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
22 saat, 56 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 4 saat, 45 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 3 saat, 37 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 4 saat, 11 dəq
- 6 gün, 22 saat, 17 dəq