“Azprotein Foods Group”a ““Ədviyyatçı” tələb olunur

Digər


İşəgötürən -Azprotein Foods Group

Vəzifə – “Ədviyyatçı”

Namizədə Tələblər:

-Ali təhsil

-Staj: 2 – 4 il

-Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

-Gələn ədviyyatların və funksional əlavələrin keyfiyyətini və miqdarını xarici yoxlama ilə yoxlamaq

-Alınan malların müvafiq yerlərində adlara görə yerləşdirilməsi

-Natrium nitrit qapalı seyfdə saxlanılmalıdır və müəssisə direktoru əmri əsasında məsuliyyətli şəxs tərəfindən istifadə edilməlidir

-Natrium nitritin dozirovkası və həll edilməsi ancaq reseptə uyğun olaraq, cavabdeh şəxs ilə həyata keçirilməlidir

-Ədviyyatların keyfiyyətinə dair reseptlərə, texnoloji təlimatlara və tələblərə uyğun olaraq müxtəlif çeşidli kolbasa və ət məhsulları üçün ədviyyat və funksional əlavələrin qarışıqlarının tərtibi prosesinin aparılması.

-Lazım olduqda, bütün komponentləri, təsdiqlənmiş reseptə uyğun olaraq doğramaq, ələkdən keçirimək və həll etmək

-Tərəzidə komponentlərin çəkmə yolu ilə komponentlərin dozirovkası

-Hazır olan qarışıqların və ədviyyatların mal hazırlayanın iş yerinə gətirilməsi

-Təyin olunmuş texniki sənədləşmənin aparılması

-Natrium nitritin istifadə edilməsinin hesabat jurnalını aparılması

-Xammal və komponentlərin istifadə normalarına riayət etmək

-İş yerinin, cihazların və alətlərin təmizlənmə işlərinin aparılması, onların düzgün şəkildə saxlanılması

-İş qrafiki: 6 günlük.

-Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

E-mail – [email protected]

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi – 24.11.22

Şirkət haqqında

“AzProtein” Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.

6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]