Azmədənistehsal MMC feldşer axtarır (Sağlamlıq üzrə mütəxəssis)

İşəgötürən: Azmədənistehsal MMC
Vakansiya: Feldşer (Sağlamlıq üzrə mütəxəssis)
Son tarix: 10 iyun 2022
Vəzifə öhdəlikləri:
-İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
-İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
-Hər bir sahədə baş verən qəzaların və bədbəxt hadisələrin qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi və dərhal ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi;
-Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib – çağrılması;
-Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
-Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması və müddəti bitmiş dərmanların aktlaşdırılıb – ƏM və TT şöbəsinə təhvil verilməsi.
-Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
-İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
İş şərtləri:
-6 günlük iş qrafiki (həftənin 5 günü 08:00-dan 16:00-a,şənbə günü 08:00-dan 14:00-a qədər)
-İş yeri Xırdalan ərazisində yerləşir
-Nahar şirkət tərəfindən təmin olunur
-Servis xidməti mövcuddur
-Ə/h 500 -600 Azn
-Bəy namizədlərə üstünlük veriləcəkdir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Feldşer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
22 saat, 35 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
22 saat, 47 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 23 saat, 23 dəq
- 1 gün, 34 dəq
- 1 gün, 15 saat, 49 dəq