AZINTELECOM aparıcı mühasib axtarır
İşəgötürən: AZINTELECOM
Vakansiya: Aparıcı mühasib
Son tarix: 08 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Debitor borclarının izlənməsi və təhlili;
-Şübhəli Debitor borclarının müəyyən edilməsi;
-Aging hesabatlarının hazırlanması;
-Avans balanslarına nəzarət etmək;
-Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
-Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
-Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
-Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının ERP NAV sistemində bağlanılması;
-Ayda ən azı bir dəfə problemli borclarla dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
-Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
-Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
-Müvafiq sahə üzrə ali təhsil
-4-5 il iş təcrübəsi
-ACCA sertifikatlar üstünlükdür
-Analitik düşüncəyə malik olmalı
-Verilmiş tapşırıqları vaxtında icra etmək
-Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
-Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
-Dil bilikləri: Azərbaycan, rus və ya ingilis dilləri (sərbəst)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 13 saat, 27 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 14 saat, 22 dəq
- 7 ay, 2 həftə, 5 gün, 16 saat, 15 dəq
- 10 ay, 3 həftə, 3 gün, 11 saat
-
11 ay, 5 gün, 6 saat, 31 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır