“Azərsun Holdinq” ə marka rəhbəri tələb olunur

Vakansiya: Brend Menecer (Marka Rəhbəri)
Ümumi məlumatlar
– Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
– Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
– Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
– MS office proqramlarını bilməli;
– Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
– Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
– FMCG sektorunda təcrübəsi üstünlükdür.
İş haqqında məlumat
– İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
– Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
– Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
– Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
– Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
– Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
– Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
– Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
Müraciət etmək istəyən şəxslər öz CV-lərini [email protected] mail ünvanına mövzu yerinə “Brend Menecer” yazaraq göndərə və ya linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 17 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 48 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 46 dəq
- 2 ay, 1 gün, 18 saat, 36 dəq
- 2 ay, 1 gün, 18 saat, 39 dəq