Azersun Holding satış üzrə bölmə rəisi axtarır (Bölgələr)

İşəgötürən: Azersun Holding
Vakansiya: Satış üzrə bölmə rəisi (Bölgələr)
Son tarix: 02 iyul 2023
Tələblər:
-İqtisadiyyat sahələrində ali təhsilli olmalı
-Qida və ya Qeyri qida satış və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
-MS Office proqramında baza bilikləri olmalı
-B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
-Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır
-Liderlik qabiliyyəti olmalıdır
Vəzifə Öhdəlikləri:
-Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
-Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
-Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
-Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
-Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
-Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
-Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
-Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
-Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
-Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.
-Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
-Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
-Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
-Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
-Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
-Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
-İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
-İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.
-Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması
İş şəraiti:
-İş qrafiki: həftə içi 5 gün
İş yeri:
-Lənkəran (Lənkəran, Masallı, Cəlilabad rayonlarında yaşayan namizədlər)
-Gəncə (Gəncə, Yevlax, Mingəçevir şəhərlərində yaşayan namizədlər)
-Xaçmaz (Xaçmaz, Quba rayonlarında yaşayan namizədlər)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 7 saat, 8 dəq
- 7 saat, 54 dəq
- 8 saat, 32 dəq
- 9 saat, 19 dəq
- 9 saat, 20 dəq