Azersun Holding baş mühasib axtarır
İşəgötürən: Azersun Holding
Vakansiya: Baş mühasib
Son tarix: 29 may 2022
Namizədə aid tələblər:
-Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
-Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
-Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
-Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
-Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
-MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
-ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında məlumat:
-Vergi, statistika və DSMF hesabatların hazırlanması;
-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
-Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
-Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Baş mühasib“ başlığı ilə göndərə bilərlər.
Vakansiyalar
-
1 gün, 1 saat, 34 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 7 saat, 23 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 6 saat, 15 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 6 saat, 49 dəq
- 1 həftə, 55 dəq