“Azərikard” işçi axtarır

Mütəxəssis

azerikard kart


Azərikard “Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

– İnformasiya təhlükəsizliyi, İT ixtisasları üzrə ali təhsil (universiteti yeni bitirmiş namizədlər də müraciət edə bilər); 

– Azərbaycan dili sərbəst, ingilis və rus dillərini texniki və terminoloji bilməsi;

– İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları baza bilikləri;

– Analitik proqram təminatı (ELK, SIEM) üzrə biliklər və ya iş təcrübəsi arzuolunandır;

– Proqramlaşdırma üzrə hər hansı bir “Query language” üzrə baza biliklər və ya iş təcrübəsi arzuolunandır;

– Əməliyyat sistemləri, şəbəkələr, veb, verilənlər bazaları üzrə baza bilikləri;

– Analitik düşüncə qabiliyyəti;

– Stressə davamlılıq, özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;

– Vaxt cədvəlinə uyğun işləyən komandada, çox funksional rejimdə, vaxt məhdudiyyətinə ciddi riayət edərək çalışma qabiliyyəti;

– İnformasiya təhlükəsizliyi və kart əməliyyatların monitorinqi sahələrində peşəkarlığını inkişaf etmə arzusu və bunun reallaşdırmasına hazırlıq.

Vəzifələr:

– Bank kartları ilə keçən əməliyyatların monitorinqi, şübhəli əməliyyatların təhlili və analizi;

– İnformasiya təhlükəsizliyi üzrə “alert”-ların monitorinqi, aşkarlanan pozuntu üzrə ilkin araşdırma (“triage”) və cavabvermə (“SOC L1” funksiyası);

– Monitorinq zamanı əməliyyatların təhlili və analizi.

Namizədlərdən CV-ni “Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]