AzerGold CJSC informasiya təhlükəsizliyi üzrə baş mütəxəssis axtarır

İşəgötürən: AzerGold CJSC
Vakansiya: İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis
Son tarix: 23 oktyabr 2022
Əsas vəzifə və öhdəliklər:
-ISO 270001 üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi çərçivəsinin və İT risklərinin idarə edilməsi proqramı bazasının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət.
-Risklərin qiymətləndirilməsi və idarə edilməsi proseslərinin təkminləşdirilməsi.
-Bütün texnologiya layihələri, sistem və xidmətlər üzrə siyasət və standartların ardıcıl tətbiqini təmin etmək.
-Kibertəhlükəsizlik siyasəti və prosedurlarının bütün işçilərə çatdırılması və tələblərin yerinə yetirilməsini təmin etmək.
-Fəlakətin bərpası və işin davamlılığı planlarının yerində olmasını və sınaqdan keçirilməsini təmin etmək.
-Nəticələrin təhlili daxil olmaqla kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin idarə edilməsini həyata keçirmək.
-Müntəzəm təhlükəsizlik auditlərini həyata keçirmək.
-İnsidentlər zamanı texniki dəstək göstərmək.
-İdentifikasiya və girişin idarə edilməsinə nəzarət etmək.
-Komanda üzvlərinə müvafiq təlimlər keçirmək və məsləhət vermək.
-Kibertəhlükəsizlik riski və proqram yeniləmələri haqqında rəhbərliyə hesabat vermək.
-Layihə və ya əməliyyat xidmətlərinin bir hissəsi olaraqmüştərilərə İnformasiya Təhlükəsizliyi üzrə məsləhət xidmətləri göstərmək.
-GDPR uyğunluğu və təhlükəsizlik üzrə ən yaxşı təcrübələri paylaşmaqla kömək etmək.
-Qlobal miqyasda mövcud texniki mühiti nəzərdən keçirmək, dəyişikliklər təklif etmək, İT Təhlükəsizliyini təkmilləşdirmək üçün dəyişiklikləri idarə etmək.
-Yeni təhlükəsizlik imkanlarını və çağırışlarını müəyyən etmək və risklərin aradan qaldırılması üçün tədbirlərn görmək.
-Rəhbərlik tərəfindən digər vəzifələr təyin oluna bilər.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-HP, IMB, VMWare, Microsoft, Linux və s. kimi təchizatçılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq İT-nin bütün aspektləri üzrə mükəmməl bilik.
-Həm yerli, həm də bulud infrastrukturu üzrə mükəmməl bilik.
-Yaxşı ünsiyyət bacarıqları, məntiqi düşünmək bacarığı, problem həll etmə bacarığı,təşkilatçılıq bacarıqları, iş yükünü prioritetləşdirmək və vaxtı idarə etmə bacarığı.
-Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-CISSP, CISA və CompTIA Security sertifikatları arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
-Kompüter Elmləri, İnformasiya Sistemləri ixtisasları üzrə ali təhsil.
-Risklərin idarə edilməsi informasiya təhlükəsizliyi və İT işlərinin kombinasiyası üzrə ən azı 3 il iş təcrübəsi.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 18 saat
-
2 ay, 4 gün, 13 saat, 31 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 21 saat, 29 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 19 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 22 dəq