AzerGold CJSC daxili nəzarət şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: AzerGold CJSC
Vakansiya: Daxili nəzarət şöbəsinin mütəxəssisi
Son tarix: 30 iyul 2022
Əsas vəzifə və öhdəliklər:
-Daxili nəzarət alətlərini tətbiq etməklə Cəmiyyətin bütün fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə nəzarət tədbirlərini apararaq nəticələri haqqında hesabatların hazırlanması;
-Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə, operativ məlumatların təqdim edilməsinə, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət etmək və nəticələri dair hesabatın hazırlanması;
-Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasınına; bank hesabları üzrə edilmiş ödənişlərə; müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsinə nəzarət edmək;
-Cəmiyyətin tərtib edilmiş mаliyyə hеsаbаtının və fəаliyyətinin mаliyyə göstəricilərinin аnаliz edilməsi;
-Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim edilməsinə nəzarət etmək; Vergi orqanlarına təqdim edilmiş hesabatların yoxlanılması və nəticələri dair hesabatın hazırlanması;
-Daxili nəzarət sisteminin qiymətləndirməsi və xidməti araşdırmaların aparılması, o cümlədən rikslərin aşkar edilməsi prosesində iştirak etmək, bu istiqamətdə hesabatların, digər sənədlərin və təkliflərin hazırlanmasında iştirak etmək, şöbədaxili arxivləşdirməni aparmaq;
-Daxili nəzarət alətlərini tətbiq etməklə müvafiq məlumatları analiz etmək və nəticələri dair hesabatın hazırlanması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
-Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır).
-Kompüter bilikləri: Microsoft Office və 1C 8.3 proqramı
-Sertifikatlara dair tələblər: Müxtəlif peşə (İFRS, CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
-İqtisadiyyat, Maliyyə yönümlü ixtisaslar üzrə ali təhsil.
-Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 1 həftə, 6 gün, 23 saat, 25 dəq
-
1 ay, 3 həftə, 4 gün, 18 saat, 56 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 2 saat, 54 dəq
- 2 ay, 3 gün, 2 saat, 44 dəq
- 2 ay, 3 gün, 2 saat, 47 dəq