Azerconnect əsas vəsaitlərin idarə edilməsi üzrə menecer axtarır

Menecer

marketinq meneceri


İşəgötürən: Azerconnect

Vakansiya: Əsas vəsaitlərin idarə edilməsi üzrə menecer

Son tarix: 01 iyun 2022

Funksiya: Maliyyə
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 31 May 2022

Əsas vəsaitlərin idarə edilməsi üzrə menecer olaraq sizin vəzifə öhdəlikləriniz:

-Əsas Vəsaitlərin idarə edilməsi sisteminin əməliyyatlarının planlaşdırılması, təşkili və istiqamətləndirilməsi, sistemlə bağlı uyğunsuzluqların və düzgünlüklə bağlı problemlərin araşdırılması və həll olunması

-Cari il üçün əmlak planının düzgün başa düşülməsi üçün iilin əvvəlinə illik büdcənin və investisiya qoyuluşu palnının analiz olunması

-Əsas vəsaitlərin idarə olunması komandası, şirkətin analitikləri və yüksək səviyyəli rəhbərliklə əməkdaşlıq çərçivəsində maliyyə siyasət və proseslərinin nəzərdən keçirilməsi  və mümkün dəyişikliklər barədə məsləhətlərin verilməsi, əsas vəsaitlərin idarə olunması və izlənməsi sistemləri ilə işləmək

-Əsas vəsaitlərin həyat tsikli ərzində onların izlənməsi və düzgün   siyahıya alınmasının təmin olunması  

-Əsas vəsaitlər üzrə siyasətlərin nəzərdən keçirilməsi və potensial düzəlişlər üçün tövsiyələrin verilməsi, Əsas vəsaitlərin idarə edilməsi komandası, büdcə sahibləri və yüksək səviyyəli rəhbərlərlə əməkdaşlıq edilməsi, Əsas vəsaitlərin idarə edilməsi sistemləri və izləmə texnologiyaları ilə işlənilməsi

-Əsas vəsaitlərin alınmasından utilizasiyasına qədər olan müddətdə idarə olunması və izlənməsini təmin edən proseslərin hazırlanması, inkişaf etdirilməsi və saxlanması

-Əsas vəsaitlərə düzgün xidmət olunmasını yoxlamaq və onların idarə olunması üzrə siyasətə əməl olunmasını təmin etmək üçün Əsas vəsaitlərin idarə olunması üzrə strategiyaların komanda üzvlərinə və büdcə sahiblərinə səmərəli şəkildə kommunikasiya olunması

-Əsas vəsaitlərin idarə olunması prinsipləri və qərar qəbul edilməsi prosesləri üzrə treyninqlərin və texniki instruksiyaların hazırlanması, departamentin rəhbərliyinə biznes proseslər üzrə sənədləşmənin hazırlanması və təkmilləşdirilməsinə dəstək göstərilməsi

-Təyin edilmiş sair işlər, xüsusi hesabatların hazırlanması

Vəzifənin tələbləri:

-Ali təhsil (Iqtisadiyyat və ya Maliyyə sahəsində Bakalavr və ya Magistr təhsilin olması vacibdir)

-Maliyyə sahəsində 5 il iş təcrübəsi

-Mükəmməl səviyyədə Azərbaycan və İngilis dil biliyi (rus dili səviyyəsi üstünlük verir)

-Telekommunikasiya sahəsində təcrübə

-Mükəmməl səviyyədə Microsoft Office proqramlarından istifadə bacarığı

-Komanda işi və əməkdaşlıq

-Güclü ünsiyyət bacarığı

-Eyni anda bir neçə işi görə bilmə

-Araşdırma

-İnnovativ düşünmə

-Analitik düşünmə qabiliyyəti

-Detallara diqqət etmə bacarığı

-Yeni texnologiyaların öyrənilməsi, başa düşülməsi və tətbiqi bacarığı

-Əsas vəsaitlər və mal-materialin idarə olunması üzrə bilik və təcrübə

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]