Azerconnect arxiv əməliyyatları üzrə agent axtarır

İşəgötürən: Azerconnect
Vakansiya: Arxiv əməliyyatları üzrə agent
Son tarix: 15 iyul 2022
Funksiya: Ümumi İnzibati
İş qrafiki: Standart.
Son müraciət tarixi: 14 İyul 2022
Arxiv əməliyyatları üzrə agent olaraq sizin vəzifə öhdəlikləriniz:
-Ön ofisi və digər şöbələr tərəfindən göndərilmiş müqavilələri yoxlayaraq qəbul etmək
-Müqavilələri Ön ofisi tərəfindən təqdim olunan digər sənədlər ilə aidiyyatı üzrə tamamlamaq
-Müqavilələri qovluqlara tikmək, nömrələnmiş qutulara yığmaq və arxiv otağında təyin olunmuş uyğunluğa əsasən yerləşdirmək
-Müqavilə axtarışı ilə bağlı digər şöbələrdən daxil olan müraciətləri cavablandırmaq – sənədi taparaq sorğu ilə müraciət edən şöbəyə təhvil vermək
-Qəbul edilən sənədlərin elektron versiyasını Share Point-ə yerləşdirmək
-Mövcud sənədləri elektron versiyada arxivləşdirilməsi üçün hazırlamaq
-Arxiv otağında sənədlərin nizamlı saxlanılması üçün qəbul edilən sənədləri düzgün yerləşdirmək
-Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatlar hazırlamaq
-Mövcud sistemləri təkmilləşdirmək
-Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkətdaxili qaydaları icra etmək
-Görülən işləri prosedur və təlimatlara uyğun görmək
-Şirkətə aid məlumatların məxfiliyini qorumaq
-Şifrələri gizli saxlamaq
Vəzifənin tələbləri:
-Ali təhsil
-Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
-Korporativ mühitdə iş təcrübəsi
-Azərbaycan və Rus dilləri
-MS Word və Excel proqramlarını yaxşı bilmək
-Komputerdə surətli yazmaq bacarığı
-Çap-skanner etmə istifadə bacarığı
-Komanda işi və əməkdaşlıq
-Nəticə yönümlü
-Diqqətli və məsuliyyətli
-Vaxtın idarə olunması
-Çevik və tez uyğunlaşa bilən
-İntensiv informasiya axını ilə işləmə bacarığı
-Arxivləşdirilmiş və ya qəbul edilmiş sənədlərin arxivə və ya arxivdən daşınması
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 18 dəq
-
2 ay, 3 gün, 10 saat, 49 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 47 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 37 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 40 dəq