Azerbaijan SuperMarket əmək münasibətləri üzrə mütəxəssis axtarır

Mütəxəssis

bravo


İşəgötürən: Azerbaijan SuperMarket

Vakansiya: Əmək münasibətləri üzrə mütəxəssis

Son tarix: 17 iyul 2022

Yerləşmə:  Baş Ofis
Departament: İnsan Resursları

Vəzifə öhdəlikləri:    

-İşçilərlə görüşləri planlaşdırmaq, uyğunlaşdırmaq və keçirmək, intizam tənbehi üçün şikayət, sübut və izahat məktublarını yığmaq/yoxlamaq;

-İşə cəlb olunmuş işçilərlə bağlı bütün intizam işi məlumatlarını toplamaq, qoruyub saxlamaq və ehtiyat nüsxəsini hazırlamaq;

-İşçi münasibətləri ilə bağlı məsələləri işçilərlə məsləhətləşərək həll etmək;

-İşçilər arasındakı problemlərin səbəblərini araşdırmaq;

-Şirkətin davranış və fəaliyyətlə bağlı gözləntilərinə dair işçilərə məsləhət vermək;

-İş fəaliyyətinin idarəsinə dair məlumatları gözdən keçirmək və təhlil etmək, anlayışları, fikirləri, narahatlıq və tövsiyələri vurğulamaq;

-Şöbə müdirinə toplanmış məlumatlara dair xülasə hesabat təqdim etmək;

-İşçilərlə Əlaqələr və Fəaliyyətin İdarə olunmasına dair gündəlik İnsan Resursları əməliyyatlarını idarə etmək.

-İşçilərlə Əlaqələr (intizam məsuliyyətləri, pozulmalar və onlardan qaynaqlanan bütün digər proseslər) və Fəaliyyətin İdarə olunması (ondan qaynaqlanan bütün proseslər) ilə bağlı bütün bölmələrlə (Ofis, Əməliyyatlar, Paylama Mərkəzi) yaxından işləmək;

-Ümumi Fəaliyyətin İdarəsi ilə bağlı sənədlərin işlənməsi;

-Şirkətdəki mövcud Standart Əməliyyat Prosedurları (SƏP) ilə tanış olmaq və ehtiyac olduqda uyğunsuzluqlara yenidən baxılmasına dair sorğular göndərmək, uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq şöbələrlə birlikdə aradan qaldırlmasında iştirak etmək;

-Tələb olunduqda məsləhət verərək və dəstək olaraq SƏP-in tam və səmərəli tətbiqini dəstəkləmək;

-Siyasətin/prosedurun səmərəliliyini mütəmadi olaraq gözdən keçirmək və ona qanuni dəyişikliklərlə bərabər düzəlişlər etmək.

-Müvafiq əmrlərin hazırlanmasını təmin etmək

-Araşdırma sənədlərinin, maillərin saxlanılmasını təmin etmək.

Vəzifə üzrə tələblər:

-Təcrübəli İnsan Resursları Mütəxəssisi (həmçinin işçi münasibətlərini idarə edən, əsasən davranış, fəaliyyət problemləri və ya digər kobud davranış pozuntuları ilə məşğul olan);

-Əmək qanunvericiliyi üzrə dərin biliklər;

-Yüksək səviyyəli ünsiyyət bacarıqları;

-Tələbkar;

-İşinə qarşı həvəsli və bol enerjili;

-Açıq fikirli;

-Stressə davamlı;

-Məqsədyönlü;

-Hüquq sahəsi üzrə təhsil və ya iş təcrübəsi (üstünlük verilir);

-Göstərilən sahə üzrə təcrübə (üstünlük verilir).

Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək münasibətləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]