Azerbaijan Fish Farm işçilər axtarır

Mütəxəssis


Azerbaijan Fish Farm yeni vakansiyalar elan edib

1. Vakansiya: İxtiopatologiya üzrə kiçik mütəxəssis

Son tarix: 22 may 2022

Namizədə Tələblər:

-Baytarlıq, ixtiologiya,  ixtiopatologiya və ya buna uyğun sahələr  üzrə ali təhsil;

-Minimum 6 ay iş təcrübəsi;

-Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);

-İstehsalat sahəsində təcrübə;

-Baytarlıq, laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlar;

-Detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

-AFF-ə aid balıqçılıq təsərrüfatında balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı (preventiv) tədbirlərin həyata keçirilməsində iştirak edir;

-AFF-ə aid balıqçılıq təsərrüfatında balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənilməsinə köməklik edir;

-AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların sağlamlaşdırılması yollarını təhlil edilməsində iştirak edir və sağlamlaşdırıcı tədbirləri həyata keçirir;

-AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsində iştirak edir və təyin olunmuş müalicə üzrə tədbirləri həyata keçirir;

-Balıqların genetik müayinələri üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir;

-İllik müalicə və profilaktika üzrə tədbirlər planının tərtib edilməsində iştirak edir;

-İxtiopatoloji məsələlərlə bağlı daim ixtiopatoloqu və təsərrüfat rəhbərini məlumatlandırır, ixtiopatoloji  məsləhət alır.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

-İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər

-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “İxtiopatologiya üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

2. Vakansiya: Mikrobiologiya üzrə kiçik mütəxəssis

Son tarix: 22 may 2022

Namizədə Tələblər:

-Mikrobiologiya, Baytarlıq, Biologiya, Zoologiya və ya bunlara yaxın ixtisaslar üzrə ali təhsil;

-Minimum 6 ay iş təcrübəsi;

-Azərbaycan dili (mükəmməl), Rus dili (üstünlükdür), İngilis dili (arzuolunandır);

-İstehsalat, qida, balıqçılıq, heyvandarlıq sahəsində təcrübə;

-MS office, 1 və 2-ci səviyyəli laboratoriya təhlükəsizlik qaydaları haqqında anlayışı olmalı, bakterioloji mühitlərin hazırlanması, yaxmaların hazırlanması və boyaması, bakterioloji əkmə bacarıqları (üstünlük verilir), mikrobiologiya elminin təməl bilikləri (bakteriya, virus, parazit, helmint  anlayışı), avtomatik dozatorlar, su hamamı, avtoklav və diqər laborator avadanlıqlar, Binokulyar mikroskop ilə işləmə, dezinfektləyici maddələrin istifadəsi üzrə təcrübəsi olmalı;

-Mikrobioloji, Bakterioloji, Virusoloji, Parazitoloji müayinələr üzrə sertifikatları olanlara üstünlük verilir;

-Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

-AFF-in mikrobioloji laboratoriyalarında qayda, normativ və prosedur sənədlərin mövcudluğunu təmin etməkdə (SƏP-lər, sertifikatlar və standartlar ) dəstək olmaq;

-AFF laboratoriyalarında avadanlıqlar və ölçmə cihazları üzrə sənədlərin mövcudluğunu təmin etməkdə (texnoloji təlimatlar, iş təlimatları, sanitariya təlimatları, laboratoriya avadanlıqlarının istismarı üçün təlimatlar, laboratoriya avadanlığı ilə işləmək üçün təhlükəsizlik təlimatları) dəstək olmaq;

-AFF laboratoriyalarında personalın laboratoriya işləri və laboratoriya avadanlıqları, ölçü cihazları, mikrobiologiya üsulları və texnikası üzrə təlimlərdə iştirak etmək və daim professionallığı artırmaq; 

-Laboratoriyada təmizlik, dezinfeksiya, sterilizasiya və xüsusi geyim qaydalarına riayət  etmək;

-Laboratoriya problemləri haqqında dərhal mikrobioloqu və ixtiopatoloqu  məlumatlandrmaq;

-Müəssisənin və işçilərin, AFF-in vəziyyətinə sanitar-gigiyenik və mikrobioloji nəzarət  işinə kömək etmək;

-AFF-də məhsulların mikrobioloji keyfiyyətinin monitorinqinin aparılmasında iştirak etmək;

-Müvafiq profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün məhsul çirklənməsinin mümkün səbəblərini və mənbələrini müəyyənləşdirməyə kömək etmək;

-AFF-dəki laboratoriyalar tərəfindən iş planının yerinə yetirilməsini təmin etmək;

-AFF-də qiymətli balıq növlərinin yetişdirilməsi üçün biotexnologiyanın təkmilləşdirməsində iştirak etmək.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

-İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər

-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Mikrobiologiya üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

3. Vakansiya: Baş balıqşünas

Son tarix: 22 may 2022

Namizədə Tələblər:

-Balıqşünaslıq üzrə ali təhsil;

-Minimum 5 il iş təcrübəsi (arzuolunandır);

-Azərbaycan dili, Rus dili;

-Balıqyetişdirmə sahəsi üzrə təcrübə;

-Balıqçılıq və balıq saxlanılmasına aid yüksək bilik;

-MS office proqramları;

-Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

-Balıqartırma və balıqyetişdirmənin texnoloji proseslərini və müddətlərini müəyyənləşdirir və qrafik üzrə təsdiq edir; 

-İstehsalat proseslərinə, hazırlıq işlərinə nəzarət edir; 

-Törədici balıqların kürü tökmə prosesinə hazırlığını təmin edir;

-Törədici balıqların inyeksiya edilməsini təşkil edir;

-Alınmış kürülərin mayalanması və inkubasiya edilməsi proseslərinə nəzarət edir;

-Çıxmış sürfələrin yemlənməsini və nohurlara köçürülməsini təşkil edir və nohurlarda balıqların normativə uyğun yemlənməsinə nəzarət edir;

-Əmtəə çəkisinə çatmış balıqların ovlanıb satışa göndərilməsini təşkil edir;

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

-İş yeri: Region

-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Baş balıqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

4. Vakansiya: İstehsalat üzrə məsləhətçi

Son tarix: 22 may 2022

Namizədə Tələblər:

-Balıqşünaslıq, İxtiologiya, Biologiya, Biokimya və ya buna uyğun sahələr üzrə ali təhsil mütləqdir;

-Minimum 1 il iş təcrübəsi;

-Mükəmməl Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);

-Qida sənayesində təcrübə;

-Balıq istehsalına aid yüksək biliklərə malik olmalı, qida sənayesində qəbul olunan sanitar və gigiyenik normaları bilmək;

-Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;

-Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

-AFF-ə aid balıqçılıq təsərrüfatlarında balıqartırma və balıqyetişdirmə üzrə işlərin təşkilində iştirak edir;

-Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;

-Balıqların təsərrüfatlar arasında yerdəyişdirmə proseslərinə nəzarət edir;

-Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

-Təsərrüfatların idarə edilməsi ilə bağlı iş proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

-Bioloji əsaslandırılmaya uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsində iştirak edir.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

-İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər

-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə məsləhətçi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

5. Vakansiya: Emal sahəsi üzrə kiçik mütəxəssis

Son tarix: 22 may 2022

Namizədə tələblər:

-Qida mühəndisliyi üzrə ali təhsil;

-1 ilə qədər iş təcrübəsi;

-Azərbaycan dili, Rus dili;

-Qida sənayesində təcrübə;

-Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı, sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli;

-Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;

-Detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

-Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;

-Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;

-Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;   

-Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;

-Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;

-İşin  sonunda istehsalata aid  nəzarət kartlarını doldurub gündəlik hesabat  hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir.

-Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir zərurət yaranarsa düzəliş məqsədli müdaxilə edir;

-Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək  istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir;

-İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında  olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;

-Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;

-Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır;

-Xammal, material və hazır məhsullar üçün texniki tələbləri nəzarətdə saxlayır;

-İstehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini tətbiq edir;

-Yeni texnika və avadanlıqların tətbiqinin iqtisadi effektivliyinin müəyyən edilməsi üsullarını müəyyən edir.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

-İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər

-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Emal sahəsi üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]