Azerbaijan Energy Regulatory Agency ofis meneceri axtarır

Menecer

ofis-meneceri


İşəgötürən: Azerbaijan Energy Regulatory Agency

Vakansiya: Ofis meneceri

Son tarix: 05 iyun 2023

Vəzifə öhdəlikləri:

-Filialın kargüzarlıq işini aparır, daxil olan sənədləri qəbul edir, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və təqdim edir;

-Filiala daxil olan sənədləri filial rəisinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;

-Filialın fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqlar aparır; 

-Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;

-Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;

-Filial rəisinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; 

-Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir.

Tələblər:

-Ali təhsil;

-Yaş həddi 22-30 aralığı;

-Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)

-Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;

-Rus dilini bilməsi arzu olunandır;

-Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.

Digər:

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;

-İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 

-İstirahət günləri: şənbə və bazar günləri;

-Vakansiya üzrə müraciətin son müddəti: 31 may 2023-cü il

-İş yeri: Bakı şəhəri

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Bakı filialı – Ofis meneceri) qeyd edin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]