AZ FP Co LTD biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis axtarır

İşəgötürən: AZ FP Co LTD
Vakansiya: Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis
Son tarix: 25 noyabr 2022
Namizədin vəzifə öhdəlikləri:
-Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi
-Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq
-Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi
-Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərinin monitorinqinin keçirilməsi
-Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi
-Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, test nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək
Namizədə tələblər:
-Ali təhsil (Biznesin idarəedilməsi – Menecment)
-1-3 il uyğun və bənzər sahədə təcrübə
-Azərbaycan dili mükəmməl, İngilis dili səviyyəsi yaxşı, Rus dili orta
-MS Office yaxşı istifadəçi bacarığı ( Excel, Word, PowerPoint)
İş şərtləri:
-İş yeri: Müşfiqabad qəsəbəsi
-İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
-Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
-Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 20 saat, 17 dəq
- 21 saat, 3 dəq
- 21 saat, 41 dəq
- 22 saat, 28 dəq
- 22 saat, 29 dəq