Azərpoçt risklərin idarə olunması üzrə baş mütəxəssis axtarır

Mütəxəssis

azerpoct


İşəgötürən: Azərpoçt

Vakansiya: Risklərin idarə olunması üzrə baş mütəxəssis

Son tarix: 06 iyul 2023

Vəzifə öhdəlikləri:

-Bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması

-Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;

-Cəmiyyətin məhsul və xidmətlərinin təhlili;

-Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;

-Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.

-Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;

Namizədə dair tələblər:

-Minimum 2 il iş təcrübəsi olan (Maliyyə, investisiya, bazar risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);

-Yüksək səviyyədə MS Excel, Power BI proqram bilikləri;

-Komandada işləmək bacarığı

-Təqdimat və ünsiyyət bacarığı

-Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti

-Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili -orta səviyyədə.

-Sürətli öyrənmə qabiliyyəti

-Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Risklərin idarə olunması üzrə baş mütəxəssis” başlığı ilə göndərə bilərlər. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]