Azərpoçt risklərin idarə olunması üzrə baş mütəxəssis axtarır
İşəgötürən: Azərpoçt
Vakansiya: Risklərin idarə olunması üzrə baş mütəxəssis
Son tarix: 06 iyul 2023
Vəzifə öhdəlikləri:
-Bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması
-Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
-Cəmiyyətin məhsul və xidmətlərinin təhlili;
-Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
-Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
-Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
Namizədə dair tələblər:
-Minimum 2 il iş təcrübəsi olan (Maliyyə, investisiya, bazar risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
-Yüksək səviyyədə MS Excel, Power BI proqram bilikləri;
-Komandada işləmək bacarığı
-Təqdimat və ünsiyyət bacarığı
-Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti
-Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili -orta səviyyədə.
-Sürətli öyrənmə qabiliyyəti
-Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Risklərin idarə olunması üzrə baş mütəxəssis” başlığı ilə göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
19 saat, 50 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
20 saat, 46 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 17 saat, 28 dəq
- 2 gün, 17 saat, 31 dəq
- 2 gün, 18 saat, 7 dəq