Ayaqqabı fabrikinə “SƏTƏM üzrə mütəxəssis” axtarılır
“ELMANADO” SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.
Şəhər – Bakı
-Yaş: – 25 — 55 yaş
-Təhsil: – Natamam ali təhsil (bakalavr)
Tələblər:
-Minimum 2 il uyğun sahədə iş təcrübəsi;
-FHN şəhadətnamə;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-İşinə məsuliyyətli yanaşma;
-Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;
-Hesabatların hazırlanması və təqdim edilməsi;
-AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə;
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzu olunandır)
-Kollektivdə işləmək bacarığı.
-Ali texniki təhsil;
-Ancaq yuxarıda qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaqdır.
Vəzifələr:
-Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi
-Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi
-Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
-Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası
-Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
-Təhlükəsizliyin yoxlanılması və risk qiymətləndirmələrin aparılması;
-Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və yeniləmək;
-Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
-İşçilərə təhlükəsizlik siyasətinin əhəmiyyətini bildirmək və ona əməl olunmasına nəzarət etmək;
-Təhlükəsizliyə dair yeni və davamlı təlim tələblərini müəyyənləşdirmək, bütün təlimlərin vaxtında nəzərdən keçirilməsinə və təmin edilməsinə nəzarət etmək;
-Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
İş şəraiti:
-İş rejimi – 6 günlük;
-İstirahət vaxtı- bazar.
-Əmək haqqı: Razılaşma yolu ilə
-Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
-İş ərazisi: Zabrat dairəsi
Vakansiyaya uyğun namizədlər CV-lərini “SƏTƏMM üzrə mütəxəssis” başlığı ilə [email protected] / b[email protected] e-mail ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir).
Elanın son tarix: 06.11.2022
Vakansiyalar
- 13 dəq
- 16 dəq
- 52 dəq
- 55 dəq
- 3 ay, 2 həftə, 2 gün, 15 saat, 30 dəq